Azərbaycan MDB oyunlarında 184 medal qazandı

Azərbaycan MDB Oyunlarında ikinci yeri tutub.
90plus.az xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi 3-cü MDB Oyunlarında Azərbaycan komandası medal sıralamasında ikinci pillədə qərarlaşıb.
Son yarış günündə Şəkidə keçirilən bədii gimnastika üzrə çıxış edən idmançılarımız Azərbaycan hesabına əlavə 6 medal qazandırıblar.
Ümumilikdə, komandamız turniri 184 medalla başa vurub. Bunlardan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc medal olub.
Yarışın qalibi isə 231 medalla Rusiya yığması olub. Rusiya təmsilçiləri 130 qızıl, 61 gümüş və 40 bürünc medal qazanıblar.
Medal sıralamasında ilk üçlüyü isə Belarus tamamlayıb. Bu ölkə 32 qızıl, 38 gümüş və 52 bürünc olmaqla ümumilikdə 122 medal əldə edib.
Qeyd: Bu nəticə Azərbaycan idmançılarının MDB Oyunlarında indiyədək göstərdiyi ən yüksək nəticə hesab olunur. Sözügedən oyunlar 2021-ci ildən bəri təşkil olunur.
© Copyright 2025, All Rights Reserved