Azərbaycan millisi Dünya Qadın Seriyasında yarımfinala yüksəldi

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsində çıxış edən Azərbaycan milli komandası bu gün 1/4 final oyununa çıxıb.
90plus.az xəbər verir ki, yığmamız Rumıniyanın “Rapid” komandasını 18:15 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Milli komandamız yarımfinalda bu gün saat 17:55-də Niderland yığması ilə qarşılaşacaq.
Azərbaycan millisi B qrupunda mübarizə aparıb. Komandamız ilk oyunda Çexiyaya 15:17 hesabı ilə uduzsa da, növbəti görüşdə Filippin üzərində 21:14 hesablı qələbə qazanaraq mərhələ adlamışdı.
Qeyd: Bu gün turnirin sonuncu – final mərhələsidir.
© Copyright 2025, All Rights Reserved