Azərbaycan millisi finalda

Azərbaycanın minifutbol millisi Slovakiyada təşkil olunan Millətlər Liqası turnirində yarımfinalda Belçika ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, yığmamız finala vəsiqə uğrunda Belçika komandası ilə qarşılaşıb və 2:0 hesablı qələbə ilə həlledici oyuna adlayıb.
Digər yarımfinal qarşılaşmasında isə Slovakiya və Macarıstan komandaları üz-üzə gələcək. Final görüşü bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Xatırlatma: Yığmamız əvvəlki mərhələdə Slovakiyaya 2:3 hesabı ilə məğlub olmuş, Ukrayna ilə isə 2:2 hesablı heç-heçə etmişdi.
© Copyright 2025, All Rights Reserved