Azərbaycan millisi Gürcüstana qalib gəldi

Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk yoxlama oyununu keçirib.
90plus.az xəbər verir ki, U-16 komandamız Gürcüstanın eyni yaş kateqoriyasına aid yığması ilə qarşılaşıb və 1:0 hesabı ilə üstünlük qazanıb.
Qarşılaşmadakı yeganə qolu yığmamızın üzvü Tunar Bayramov qeydə alıb.
© Copyright 2025, All Rights Reserved