Azərbaycan millisi İranı məğlub etdi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Belarusun paytaxtı Minskdə “İnkişaf Kuboku” adlı turnirdə İranı udub.
90plus.az xəbər verir ki, gənc futbolçularımız gərgin keçən qarşılaşmada İran üzərində minimal hesabla qalib gəliblər.
Görüşdə yeganə qolu milli komandamızın futbolçusu Amin Rzayev vurub. O, qarşılaşmanın taleyini həll edən qola imza atıb.
Matçda vurulan qolun videosu:
https://t.me/doxsanplus/98082
© Copyright 2025, All Rights Reserved