Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarını məğlubiyyətlə başa vurdu
Azərbaycanın futzal üzrə milli komandası VI İslam Həmrəyliyi Oyunlarında bu gün son oyununa çıxıb.
90plus.az xəbər verir ki, A qrupunda yer alan yığmamız Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Qarşılaşma ev sahibi komandanın 5:0 hesablı qələbəsi ilə nəticələnib.
Bu nəticədən sonra aktivində 3 xal olan Azərbaycan millisi turnirdəki mübarizəsini başa vurub.
Qeyd: Özbəkistan qrupda 1-ci, Səudiyyə Ərəbistanı isə 2-ci yerə çıxaraq yarımfinal mərhələsinə vəsiqə qazanıb.
© Copyright 2026, All Rights Reserved