Azərbaycan millisi Özbəkistana qalib gəldi
Özbəkistanda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçına çıxıb.
90plus.az xəbər verir ki, yığmamız Daşkənddə Özbəkistanın müvafiq yaş qrupu üzrə komandası ilə üz-üzə gəlib. Qarşılaşma millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. U-19 komandasının heyətində Ayşən Salamzadə 11-ci və 89-cu dəqiqələrdə, Mədinə Curuqova isə 30-cu dəqiqədə fərqlənib.
Qeyd: Tərəflər arasında növbəti yoxlama görüşü fevralın 7-də baş tutacaq.
© Copyright 2026, All Rights Reserved