Azərbaycan millisi qələbə ilə başladı
Qadın futbolçulardan ibarət Azərbaycan qadın futbol millisi dünya çempionatı 2027-nin seçmə mərhələsində mübarizəyə start verib.
90plus.az xəbər verir ki, millimiz C Liqasının 3-cü qrupunda ilk oyununu Şimali Makedoniya qadın futbol millisinə qarşı keçirib.
Görüşdən əvvəl yığmamızın heyətində 50 oyun keçirən Nigar Mirzaliyeva və kapitan Sevinc Cəfərzadəyə AFFA adından xatirə forması təqdim olunub. Hədiyyələri AFFA-nın baş katibi Cahangir Fərəcullayev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.
Dalğa Arenada keçirilən qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın hər iki qolunu kapitan Sevinc Cəfərzadə vurub (28 və 78-ci dəqiqələr).
Azərbaycan 2 – 0 Şimali Makedoniya
Sevinc Cəfərzadə 28' 78'
Qollar: https://t.me/doxsanplus/114964
© Copyright 2026, All Rights Reserved