Azərbaycan millisi reytinqdə 3 pillə irəlilədi
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
90plus.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 3 pillə irəliləyib. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 1136.67 xalla 124-cü sırada qərarlaşıb.
Yığmamızın UEFA Millətlər Liqasındakı rəqiblərindən Litva 148-ci, Lixtenşteyn isə 206-cı pillədə yer alır.
DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan Türkiyə millisi 1599.04 xalla 22-ci pillədə qərarlaşıb. Bu nəticə “ay-ulduzlular” üçün son 9 ilin ən yaxşı göstəricisi hesab olunur.
İlk “10-luq” belədir:
1. Fransa
2. İspaniya
3. Argentina
4. İngiltərə
5. Portuqaliya
6. Braziliya
7. Niderland
8. Mərakeş
9. Belçika
10. Almaniya
© Copyright 2026, All Rights Reserved