Azərbaycan millisi Sinqapura qalib gəldi

Azərbaycanın qadın 3x3 basketbol yığması Dünya Seriyasının Buxarest mərhələsində növbəti qələbəsini əldə edib.
90plus.az xəbər verir ki, milli komanda C qrupunda Sinqapur yığmasına üstünlük qazanıb – 22:10.
Yığmamız bu gün qrupdakı ikinci qarşılaşmasını Ukrayna millisinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Xatırlatma: Azərbaycan təmsilçisi seçmə mərhələnin A qrupunda ötən gün Yaponiyanın "Tsukuba" klubunu 21:10, İsveçrənin "Lozanna" kollektivini isə 21:11 hesabı ilə məğlub etmişdi.
© Copyright 2025, All Rights Reserved