Azərbaycan millisi turnirin qalibi oldu
Bu gün Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində final oyununa çıxıb.
90plus.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan (9:8) Azərbaycan millisi turnirin qalibi olub.
Qeyd: Yığmamız bundan əvvəl Sent Lüsiya üzərində 6:1 hesablı qələbə qazanmışdı.
Azərbaycan 1 – 1 Syerra Leone
Rahil Məmmədov 72'
Kanu 28'
Qollar: https://t.me/doxsanplus/115893
Penaltilər seriyası: 9:8
VİDEO: https://t.me/doxsanplus/115897
© Copyright 2026, All Rights Reserved