Azərbaycan millisinə Premyer Liqada oynayan oyunçu gəldi

90plus.az xəbər verir ki, İngiltərə Çempionşip təmsilçisi “Sanderlend”in 23 yaşlı müdafiəçisi Dennis Çirkin Azərbaycan millisində çıxış etməyə razılıq verib. Müdafiəçi mövzu ilə bağlı hələ rəsmi açıqlama verməsə də, onun artıq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə razılaşdığı bildirilir.
Dennis Çirkin hərçənd İrlandiyada anadan olub, 2018–2021-ci illərdə İngiltərənin U-16, U-17, U-18 və U-20 yığmalarında forma geyinib. O, 2021-ci ildən “Sanderlend”də çıxış edir. İngiltərə mətbuatına görə, onun sabiq klubu “Tottenhem”ə qayıtmaq ehtimalı da gündəmdədir.
Çirkin ötən mövsüm “Sanderlend”in heyətində Çempionşipdə 36 oyuna çıxaraq 3 qol vurub.
Qeyd: Onun atası Türkiyənin Hatay bölgəsindəndir.
© Copyright 2025, All Rights Reserved