Azərbaycan millisinə “yox” dedi

Rusiyanın "Dinamo Mahaçqala" klubunun futbolçusu Mutalip Alibekov Azərbaycan millisinə dəvət olunduğunu söyləyib.
90plus.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi bu dəvəti rədd etdiyini deyib:
"Ulu babam Azərbaycandandır, lakin AFFA-nın təklifini rədd etdim".
Səbəbi: “MOİK-dən Rusiya millisinə gedə biləcəyimi düşünürdüm. Həmin hadisədən sonra “Transfermarkt” saytında mənim Rusiyanın vətəndaşlığından əlavə Azərbaycan pasportumun da olduğu göstərilir. Amma bu belə deyil.
"Moskvanın ÇSKA klubuna keçəndə Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət almışdım. Orada Dağıstandan bir neçə tanışım çıxış edirdi. Yəqin ki, mənim haqda nəsə demişdilər. Mənə zəng edib maraqlandılar. Amma bu təklifdən imtina etdim. Anamın dediyinə görə, səhv etmirəmsə, ulu babam Azərbaycandandır".
📰: Azərbaycan futbolu
© Copyright 2025, All Rights Reserved