Azərbaycan millisində yeni məşqçi
Futzal üzrə Azərbaycan yığmasında məşqçilər korpusuna yeni təyinat gerçəkləşib.
90plus.az xəbər verir ki, bundan sonra komandada Fərid Ələkbərov fəaliyyət göstərəcək.
O, milli komandada baş məşqçinin assistenti kimi çalışacaq.
40 yaşlı mütəxəssis müxtəlif illərdə “Fener”, Neftçi İK, EKOL, “Baku Fire”, Araz-Naxçıvan klublarında, eləcə də Azərbaycan millisində çıxış edib. Ələkbərov karyerası ərzində ölkə çempionluğu və kubok zəfəri əldə edib.
© Copyright 2026, All Rights Reserved