Azərbaycan millisindən qələbə

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının II seçmə mərhələsində ikinci matçını qalibiyyətlə başa vurub.
90plus.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda mübarizə aparan komandamız Bolqarıstan üzərində qələbə qazanıb.
Bayıl stadionunda keçirilən qarşılaşmada yığmamız 3:2 hesabı ilə üstün olub. Təmsilçilərimizdən Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) qol vurublar.
Qeyd: Komandamız ilk görüşdə Lüksemburqa 0:5 hesabı ilə məğlub olmuşdu.
© Copyright 2025, All Rights Reserved