Azərbaycan millisindən səfərdə qələbə
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına çıxıb.
90plus.az xəbər verir ki, B qrupunda yer alan yığma ev sahibi komandaya qarşı oynayıb və 21:8 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, millimiz turnirin ilk oyununda Kanadaya 10:16 hesabı ilə uduzub.
Yığma növbəti və qrupdakı son matçını martın 14-də İspaniyaya qarşı keçirəcək.
Turnirin qalibi isə Olimpiya Təsnifat turnirinə vəsiqə qazanacaq.
© Copyright 2026, All Rights Reserved