Azərbaycan millisinin oyunu özbəklərə tapşırıldı
Azərbaycan millisi bu gün "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində Syerra Leone ilə üz-üzə gələcək.
90plus.az xəbər verir ki, qarşılaşmanı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Asker Najafaliyev olacaq. Ona həmyerliləri İslom Azimov və Baxtiyorxuja Şavkatov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Axrol Ruskullayev yerinə yetirəcək.
Qeyd: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş bu gün saat 19:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved