Azərbaycan millisinin üzvü klubsuz qaldı

Azərbaycan milli komandasının üzvü Özan Can Kökçü Finlandiyanın HİK komandası ilə yollarını ayırıb.
90plus.az bildirir ki, 27 yaşlı forvard az oyun praktikasına görə müqaviləsinin ləğvini tələb edib.
O, 2024-cü ilin yayında Niderland təmsilçisi “Eyndhoven”dən transfer olunmuşdu.
Qeyd: Özan Can Kökçü HİK komandasında ümumilikdə 26 qarşılaşmada forma geyinib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved