Azərbaycan millisinin üzvü yunan klubunda

Azərbaycan yığmasının hücumçusu Dante Holl peşəkar fəaliyyətini Yunanıstanda davam etdirəcək.
90plus.az xəbər verir ki, milli basketbolçumuz “Olimpiakos” klubu ilə razılığa gəlib. 28 yaşlı idmançı Pirey təmsilçisi ilə üç illik müqavilə bağlayıb.
Qeyd: Dante Hollun sonuncu komandası İspaniyanın “Baskoniya” klubu olub.
© Copyright 2025, All Rights Reserved