Azərbaycan - Portuqaliya oyunu yunanlara tapşırıldı
AVRO-2027-nin U-21 seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununun hakim təyinatları açıqlanıb.
90plus.az xəbər verir ki, B qrupunun 8-ci turunda baş tutacaq qarşılaşmanı yunanıstanlı referi Xristos Vergetis idarə edəcək.
Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandros Katsikogiannis yerinə yetirəcək.
Qeyd: Bakıda "Palms Sport Arena"da keçiriləcək Azərbaycan – Portuqaliya görüşü martın 27-də saat 15:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved