Azərbaycan Premyer Liqası sülhlə başa çatdı
Azərbaycan çempionatının 33-cü, sonuncu turunda sonuncu oyun baş tutub.
Qubada baş tutan bu heç-heçə ilə mövsüm də sona çatıb.
90plus.az xəbər verir ki, bu oyun komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib.
İmişli 1 - 1 Karvan
P. Kinqs 29’
D. Kardozu 90+4’
"İmişli" 9-cu, "Karvan-Yevlax"ın isə sonuncu - 12-ci pillədə tamamlayıb.
Yevlax klubu Premyer Liqanı tərk edib, 1-ci diviziona yuvarlanıb.
Beləliklə, Azərbaycan Premyer Liqasının 2025/26 mövsümü 33 başa çatdı.
“Sabah” çempiondur, Çempionlar Liqasına gedir.
“Qarabağ” Avropa Liqasına!
“Turan Tovuz” və “Neftçi” Konfrans Liqasına gedəcək!
“Karvan” rəsmən 1-ci liqaya düşdü! “Qəbələ” Premyer Liqada qalmaq üçün yüksəlmək istəyən “Mingəçevir”lə pley-off oynayacaq!
Yeni mövsümdən 1-ci liqanın çempionu “Şəfa” premyer liqaya gələcək.
Bombardirlər:
Coy-Lens Mikels - "Sabah" 19 qol
Velko Simiç - "Sabah" 11 qol
Bassala Sambu - "Neftçi" 11 qol
© Copyright 2026, All Rights Reserved