Azərbaycan U-21-in heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiyaya qarşı keçirəcəyi qarşılaşmalar üçün heyəti müəyyən olunub.
90plus.az xəbər verir ki, millimiz oktyabrın 10-da səfərdə Çexiya, 14-də isə Bakıda Şotlandiya komandası ilə qarşılaşacaq.
U-21 yığmasının oyun cədvəri və heyəti aşağıdakı kimidir:
Qapıçılar:
Rəvan Mirzəmmədov ("Sabah"), Xəyal Fərzullayev ("Sumqayıt"), Səlim Həşimov ("Şamaxı"), İbrahim Ramazanov ("Turan Tovuz")
Müdafiəçilər:
Elgün Dünyamalıyev ("Sabah"), Raul Məmmədov ("Kəpəz"), Nadir Orucov ("Sumqayıt"), Emin Rüstəmov ("Səbail"), Əkbər Eyubov ("Zirə"), Sənan Muradlı ("Şamaxı"), Rüfət Abbasov ("Şamaxı")
Yarımmüdafiəçilər:
Fəxri Məmmədli ("Səbail"), Eşqin Əhmədov ("Qəbələ"), Hikmət Cəbrayılzadə ("Qarabağ"), Murad Məmmədov ("Neftçi"), Nihad Əhmədzadə ("Sumqayıt"), Emil Süleymanov ("Şamaxı"), Oruc Məmmədov ("Şamaxı")
Hücumçular:
Şahin Şahniyarov ("Qəbələ"), Şahin İbrahimov ("Sabah"), Xəyal Əliyev ("Sabah"), Ağadadaş Salyanskiy ("Neftçi"), Nahid Əliyev ("Şəfa"), Sadiq Şəfiyev ("Kəpəz")
Oyunların təqvimi:
🔹 10 oktyabr – 20:00
Çexiya (U-21) – Azərbaycan (U-21)
Karvina şəhər stadionu
🔹 14 oktyabr – 19:00
Azərbaycan (U-21) – Şotlandiya (U-21)
Bakı, “Dalğa Arena”
© Copyright 2025, All Rights Reserved