Azərbaycan - Ukrayna: Hakimlər bəlli oldu

Azərbaycan və Ukrayna yığmaları arasında Bakıda baş tutacaq 2026-cı il dünya çempionatının seçmə mərhələ oyunu üçün hakim heyəti müəyyənləşib.
90plus.az xəbər verir ki, AFFA-nın rəsmi saytında yer alan məlumata əsasən, qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Vassilis Fotias olacaq. Ona kənar xətdə Andreas Meintanas və Mixail Papadakis yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru yerinə yetirəcək.
VAR sistemində Angelos Evangelu əsas, Yoannis Papadopulos isə onun köməkçisi qismində çalışacaq.
Xatırlatma: Azərbaycan – Ukrayna oyunu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və görüş saat 20:00-da start götürəcək.
© Copyright 2025, All Rights Reserved