Azərbaycanlı cüdoçudan Parisdə qızıl medal
Fransanın paytaxtı Paris şəhərində “Böyük Dəbilqə” turniri baş tutur. Bu gün iki medal qazandıq.
90plus.az xəbər verir ki, Azərbaycan bu yarışda ilk qızıl medalını əldə edib.
−60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev bütün rəqiblərini üstələyib. Cüdoçumuz həlledici qarşılaşmada Ukrayna təmsilçisi Dilşot Xalmatovanı məğlub edib.
Final döyüşünün videosu:
https://t.me/doxsanplus/114180
Fransada ikinci medalımızı isə Ruslan Paşayev (-66 kq) qazanıb. O, son saniyələrdə Valerio Akkolini yuko xalı ilə məğlub edərək Paris Böyük Dəbilqəsində üçüncü yeri tutub.
© Copyright 2026, All Rights Reserved