Azərbaycanlı futbolçu klub dəyişdirdi
Azərbaycanın U-21 millisinin keçmiş üzvü Dmitri Nağıyev karyerasını Qırğızıstanda başqa komandada davam etdirəcək.
90plus.az xəbər verir ki, o, ölkənin yüksək liqasında çıxış edən "Toktoqul" klubuna transfer olunub.
Futbolçu ilə bir illik müqavilə bağlanıb.
30 yaşlı müdafiəçi karyerası ərzində "Dnepr", "Qarabağ Vyana", "Sumqayıt", "Kova da Piedade", "Stumbras", "Dinamo-Avto", "İnqulets", "Obolon" və "Minay" komandalarının da formasını geyinib.
O, ötən mövsümü isə Qırğızıstanın digər təmsilçisi "Ozqonda" keçirib.
© Copyright 2026, All Rights Reserved