Azərbaycanlı futbolçu komanda dəyişib

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev "Polessye" klubunu tərk edib.
90plus.az xəbər verir ki, 23 yaşlı futbolçu "Çernomorets"ə transfer olub.
Emil, Odessa təmsilçisində mövsümün sonuna qədər icarə əsasında oynayacaq. "Çernomorets" Ukrayna Premyer Liqasında 17 oyundan sonra 12 xalla 15-ci sırada qərarlaşıb.
Qeyd: "Aleksandriya"nın yetirməsi olan Emil 2023-cü ilin iyulun 1-də "Polessye"yə keçib və 2027-ci ilin iyunun 30-dək Jitomir klubunun oyunçusudur.
Mənbə: idman.biz
© Copyright 2025, All Rights Reserved