Azərbaycanlı futbolçu oynadı, komandası qalib gəldi
Futbol üzrə Bolqarıstan çempionatında 23-cü turun qarşılaşmaları oynanılır.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun çıxış etdiyi Arda Kardzhali “Spartak” (Varna) ilə üz-üzə gəlib. Oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Cəlal Hüseynov matça ehtiyat oyunçular skamyasından başlayıb və 74-cü dəqiqədə meydana daxil olub.
Hazırda “Arda” 31 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alır.
© Copyright 2026, All Rights Reserved