Azərbaycanlı futbolçu Rusiyada ən yaxşılar sırasında

Azərbaycan qadın milli futbol komandasının müdafiəçisi Nigar Mirzəliyeva yenidən Rusiya Premyer Liqasının turun rəmzi heyətinə seçilib.
90plus.az xəbər verir ki, "Zenit" klubunun şərəfini qoruyan 23 yaşlı oyunçu 17-ci turun simvolik yığmasında yer alıb.
O, komandasının səfərdə "Rubin" üzərində 3:1 hesablı qələbə qazandığı qarşılaşmada 90 dəqiqəlik uğurlu çıxışı ilə diqqət çəkib.
Qeyd: Mirzəliyeva bu mövsüm daha əvvəl 8-ci və 10-cu turlarda da rəmzi heyətə daxil edilib.
© Copyright 2025, All Rights Reserved