Azərbaycanlı hakimə Avropa Çempionatında 3 təyinat
FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
90plus.az xəbər verir ki, o, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin I raundu çərçivəsində 3 oyunda fəaliyyət göstərib.
Kamal Umudlu A qrupunda keçirilən İsveç – Sloveniya və Belçika – İsveç qarşılaşmalarında baş hakim kimi çıxış edib, Belçika – Sloveniya matçında isə ehtiyat hakim funksiyasını yerinə yetirib.
Digər referimiz Vüsal Məmmədov isə hər üç oyunda baş hakimin köməkçisi olub.
© Copyright 2026, All Rights Reserved