Azərbaycanlı hakimə Avropa çempionatında təyinat
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA tərəfindən yeni təyinat alıb.
90plus.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb.
E. Məsiyev 21 yaşadək futbolçular arasında bu il Slovakiyada baş tutacaq Avropa çempionatının final mərhələsinə hakim kimi təyin edilib.
1-ci kateqoriya hakimlərindən olan E. Məsiyevin briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim qismində fəaliyyət göstərəcəklər.
Avropa çempionatının final mərhələsi 11-28 iyun tarixlərində 16 komandanın iştirakı ilə baş tutacaq.
© Copyright 2026, All Rights Reserved