Azərbaycanlı hakim "Çelsi"nin oyununa təyinat aldı
FIFA referisi Kamal Umudlu növbəti oyun üçün təyinat alıb.
90plus.az xəbər verir ki, AFFA-nın rəsmi saytına istinadən, o, UEFA Gənclər Liqasının VI turunda baş tutacaq “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) qarşılaşmasının baş hakimi olacaq.
Kamal Umudluya Namik Hüseynov və Vüsal Məmmədov yardımçı hakim kimi dəstək verəcək.
Matç dekabrın 9-da Berqamo şəhərindəki Bortolotti İdman Mərkəzində keçiriləcək.
© Copyright 2025, All Rights Reserved