Azərbaycanlı hakimlər vətənə qayıtdılar
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev və FIFA VAR referisi Nicat İsmayıllı Yaxın Şərqdəki hərbi gərginlik səbəbindən bir müddət Küveytdən Azərbaycana qayıda bilmirdilər.
90plus.az xəbər verir ki, bu gün referilərimiz təhlükəsiz şəkildə vətənə dönüblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirib.
© Copyright 2026, All Rights Reserved