Azərbaycanlı idmançı dünya üçüncüsü oldu
Azərbaycanlı paraatıcı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən dünya kuboku yarışında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma (P1) növündə bürünc medal əldə edib.
90plus.az xəbər verir ki, idmançımız 215 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Zeynalov noyabrın 5-də başa çatacaq turnirdə 50 metr məsafədən atəş açma (P4) və 10 metr məsafədən qarışıq komanda (P6) kateqoriyalarında da mübarizəsini davam etdirəcək.
Qeyd: Kamran Zeynalov ötən ay keçirilmiş Avropa çempionatında 1 qızıl və 2 gümüş medal qazanıb.
© Copyright 2025, All Rights Reserved