Azərbaycanlı paralimpiyaçıdan 2 medal
Azərbaycanın paraüzgüçüsü Raman Salei Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokunda iki qızıl medal əldə edib.
90plus.az xəbər verir ki, paralimpiyaçı S12 kateqoriyasında yarışaraq iki ayrı növdə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
O, 100 metr sərbəst üzmə yarışında 55.29 saniyəlik nəticə göstərib. R.Salei həmçinin 100 metr məsafəyə kəpənək üsulu ilə üzmədə 59.17 saniyə nəticə ilə birinci yeri tutaraq daha bir qızıl medal qazanıb.
© Copyright 2026, All Rights Reserved