Azərbaycanlı qapıçı İsveçdə klubunu dəyişdi

Azərbaycanlı qapıçı Murad Abdurrahmanov İsveçdə yeni komandaya transfer olunub.
90plus.az xəbər verir ki, o, İsveçin aşağı liqasında çıxış edən “İFK Kumla” klubuna qoşulub.
Bununla belə, Muradın transfer hüquqları “Forvard” klubuna məxsus olaraq qalır. O, icarə əsasında yeni komandada çıxış edəcək. Qeyd edək ki, Abdurrahmanov 2007-ci ildə Örebro şəhərində anadan olub və futbol karyerasına həmin şəhərin eyniadlı komandasında başlayıb.
© Copyright 2025, All Rights Reserved