Banişevskinin ailəsi "Neftçi" klubunun qonağı oldu

Əfsanəvi futbolçu Anatoli Banişevskinin yaxınları – həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və təcrübəli hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində “Neftçi” klubunun qonağı olublar.
90plus.az xəbər verir ki, onları “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer qarşılayıb. Klub rəsmisi mərhum futbolçunun ailəsinə üzərində Anatoli Banişevskinin soyadı və “9” nömrəsi olan xatirə forması təqdim edib.
Görüş zamanı, gələn il – fevralın 23-də qeyd olunacaq Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə klubun nəzərdə tutduğu tədbirlər barədə ailə üzvlərinə ətraflı məlumat verilib.
Qeyd: Futbolçunun ailəsi avqustun 16-da keçirilmiş “Neftçi” – “Şamaxı” qarşılaşmasına klub tərəfindən dəvət olunsa da, şəxsi səbəblərdən həmin oyunda iştirak edə bilməmişdi.
© Copyright 2025, All Rights Reserved