“Barsa” ev oyununu burada keçirəcək

“Barselona” ilə “Valensiya” arasındakı matçın stadionu müəyyənləşdi.
90plus.az xəbər verir ki, Kataloniya klubu La Liqanın 4-cü turunda rəqibini 6 000 tamaşaçı tutumuna malik Yohan Kroyf Stadionunda qəbul edəcək. Oyun 14 sentyabrda keçiriləcək.
“Kamp Nou”nun təmir işləri hələ başa çatmadığı üçün “Barça” uzun müddət ev oyununu hansı arenada keçirəcəyinə qərar verə bilmirdi.
© Copyright 2025, All Rights Reserved