“Barsa” onunla yolları ayırdı

“Barselona” nəhayət ki, Oriol Romeu ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv olunduğunu açıqlayıb.
90plus.az xəbər verir ki, klubun rəsmi bəyanatında belə deyilir:
“Transfer bazarının müddəti ərzində “Barselona” ilə əsas komandanın oyunçusu Oriol Romeu arasında müqavilənin ləğv olunması barədə razılıq əldə olunub. “Barselona” Oriol Romeuya peşəkarlığına, fədakarlığına və sədaqətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır”.
Qeyd: Romeu “Barselona”ya 2023/24 mövsümündə sabiq baş məşqçi Xavi tərəfindən Serxio Busketsin əvəzləyicisi kimi gətirilmişdi. Onun rəhbərliyi altında Romeu 37 oyunda meydana çıxıb, onlardan 17-də start heyətində olub və ümumilikdə 1435 dəqiqə oynayıb. Daha sonra La Masiya yetirməsi icarə əsasında “Jirona”ya qayıtmışdı.
33 yaşlı futbolçu hazırda azad agentdir və transfer bazarında öz "qismətini" gözləyir.
© Copyright 2025, All Rights Reserved