“Barsa”da çoxsaylı zədələnmələrin kökü bilindi
“Barselona” klubunun fiziki hazırlıq komandası mövsüm boyu davam edən zədə problemi səbəbindən tənqid hədəfinə çevrilib. Bu barədə “Culemanía” nəşri məlumat yayıb.
90plus.az xəbər verir ki, futbolçular Erik Qarsiya, Ferran Torres, Dani Olmo və Pedri açıq şəkildə Julio Tous və Pepe Kondenin metodlarını sual altına alıblar. Hətta bəzi oyunçular klubun məşq proqramını tamamlaması üçün əlavə olaraq şəxsi məşqçilər də tutublar.
Narazılıqlar əsasən tez-tez təkrarlanan zədələr və onların müalicə üsulları ilə bağlıdır. Yaranan mübahisə nəticəsində Julio Tousun məşqçilər korpusundakı təsiri də zəifləyib.
Julio Tous və Pepe Konde 2024-cü ildə baş məşqçi Hansi Flik ilə birlikdə “Barselona”ya qoşulublar. Yüksək maaş və geniş səlahiyyətlərə baxmayaraq, onların metodları getdikcə daha çox futbolçu və klub daxilindəki şəxslər tərəfindən şübhə altına alınır.
© Copyright 2026, All Rights Reserved