"Barselona" Alvarez transferindən imtina etdi
"Barselona" Julian Alvarez transferinə görə böyük maliyyə riskinə getmək niyyətində deyil.
90plus.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubu futbolçu üçün artıq məbləğ ödəmək və maliyyə modelindən kənara çıxmaq istəmir. Klub daxilində bütün transferlərin maaş limiti və “Financial Fair Play” qaydalarına uyğun olması vacib hesab olunur.
Bundan əlavə, rəhbərlik "Atletiko"nun futbolçunun ayrılması üçün təzyiq göstərməyəcəyini düşünür və belə bir hal olmadan razılaşmanın baş tutmasını real saymır.
Eyni zamanda Madrid təmsilçisi vəziyyəti daha da çətinləşdirir. Belə ki, klub Julian Alvarezə illik təxminən 10 milyon avro maaşla yeni müqavilə təklif etməyə hazırdır.
Hazırda bu transferin gerçəkləşməsi olduqca çətin görünür və "Barselona" yalnız şərtlər uyğun olarsa bu addımı atacaq, əks halda bu plandan imtina edə bilər.
© Copyright 2026, All Rights Reserved