"Barselona" "Atalanta"nın futbolçusuna "elçi düşdü"
"Barselona" sağ cinah müdafiəçisi axtarışlarını davam etdirir və bu mövqeyi gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib.
90plus.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu "Atalanta"nın futbolçusu Marko Palestranı heyətinə qatmaq istəyir. Hazırda "Kalyari"də icarə əsasında çıxış edən 21 yaşlı italiyalının transferi gündəmdədir.
Məlumata görə, futbolçunun hüquqlarına sahib olan "Atalanta" bu keçid üçün 40-50 milyon avro civarında təklifə razılıq verə bilər. "Barselona"nın artıq oyunçunu yaxından izlədiyi və bunun üçün skautlarını matçlara göndərdiyi bildirilir.
Qeyd: Palestra bu mövsüm 29 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Gənc müdafiəçi həmçinin iki dəfə İtaliya millisindən dəvət alıb.
© Copyright 2026, All Rights Reserved