“Barselona” azərbaycanlı futbolçu ilə müqavilə imzaladı

“Barselona” azərbaycanlı futbolçu ilə müqavilə bağladı.
90plus.az xəbər verir ki, dünyanın ən tanınmış klublarından biri olan “Barselona” tarixində ilk dəfə azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb.
17 yaşlı İbrahim Babayev artıq Kataloniya təmsilçisinin U-17 komandasının heyətində çıxış edəcək. Gənc oyunçu bundan əvvəl İsveçrənin “Servett” klubunun akademiyasında top qovurdu.
İmza mərasimində “Barselona”nın gənclər futbolu üzrə direktoru Soler Ferre və klubun əfsanələrindən Xose Ramon Aleksanko iştirak ediblər.
Bu transfer Babayev üçün karyerasında böyük bir addım olmaqla yanaşı, Azərbaycan futbolu tarixində də mühüm hadisə kimi yadda qalacaq.
© Copyright 2025, All Rights Reserved