"Barselona" "Bayern"in hücumçusuna "göz qoydu"

"Barselona" Harri Keyni Levandovskinin əvəzləyicisi kimi transfer etmək istəyir.
90plus.az xəbər verir ki, "Barselona" İngiltərə millisinin və "Bayern Münhen" klubunun hücumçusu Harri Keynin transferini gündəminə alıb. Katalon klubu 31 yaşlı ulduz futbolçunu gələn yay müqaviləsi başa çatacaq Robert Levandovskinin yerinə əsas namizəd kimi görür.
Hazırda "Bayern"də çıxış edən Keynin müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Müqavilədə futbolçunun 65 milyon avroya sərbəst qalma maddəsi yer alır.
Ötən mövsüm Keyn Bundesliqada yüksək performans sərgiləyib – 28 oyunda 28 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Uğursuz keçmişinə baxmayaraq, nəhayət "Bayern Münhen" ilə ilk titulunu qazanıb.
"Barselona" rəhbərliyi Keynin sabit və yüksək səviyyəli performansını nəzərə alaraq, bu transferi uzunmüddətli sərmayə kimi dəyərləndirir. Klubun maliyyə durumu bu transferə imkan verəcəyi təqdirdə, danışıqların yaxın aylarda intensivləşməsi gözlənilir.
© Copyright 2025, All Rights Reserved