"Barselona" Çempionlar Liqasında 1/4 finalda
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
“Barselona” “Kamp Nou”da “Nyukasl”ı darmadağın edərək Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
90plus.az xəbər verir ki, “Nyukasl”ın Çempionlar Liqası macərası başa çatdı.
Eddi Hau Qari Nevillin məşhur 7:0-lıq məğlubiyyətindən sonra “Kamp Nou”da “Barselona”ya qarşı çıxan ilk ingilis məşqçi oldu.
“Barselona” heç bir mərhəmət göstərmədi:
Barselona 7 - 2 Nyukasl
(Ümumi: 8-3)
Rafinya 6’ 72’
Elanqa 15’ 28’
Bernal 18’
L. Yamal 45+7’ (p)
F. Lopes 51’
R. Levandovski 56’ 61’
Qollar:
https://t.me/doxsanplus/115463
https://t.me/doxsanplus/115466
https://t.me/doxsanplus/115471
Robert Lewandowski Çempionlar Liqasında 41-ci fərqli komandaya qol vuraraq yeni rekord qırdı!
O, 37 yaş 209 günlüyündə Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçudur.
Yamal: Çempionlar Liqasında 10-cu qolunu vurdu və hələ cəmi 18 yaşındadır.
Qeyd: "Barselona" növbəti mərhələdə "Atletiko Madrid" – "Tottenhem" cütünün qalibi ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved