“Barselona” çempionluğa gedir… Yamaldan rekord
“Barselona” “Espanyol”a qarşı inamlı qələbə qazandı – liderlik möhkəmlənir.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 31-ci turunda "Barsa" həmşəhər rəqibi “Espanyol” üzərində 4:1 hesablı qələbə qazanaraq çempionluq yolunda önəmli addım atıb.
Matçın ilk hissəsində Ferran Torres iki dəfə fərqlənərək “Barsa”ya böyük üstünlük qazandırıb. İkinci hissədə “Espanyol” fərqi azaltmağa nail olsa da, katalonlar oyunun sonlarında yenidən fərqi artırıblar. Lamin Yamal və Markus Reşford da adlarını tabloya yazdıraraq qələbəni rəsmiləşdiriblər:
Barselona 4 - 1 Espanyol
F. Torres 9’ 25’
P. Lozano 56’
L. Yamal 87’
M. Reşford 89’
Qollar: https://t.me/doxsanplus/116221
Bu nəticədən sonra “Barselona” ardıcıl 7 qələbə seriyasını davam etdirir və turnir cədvəlinin zirvəsində mövqeyini daha da möhkəmləndirir:
Qeyd: Yamal bu qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalaraq 18 yaşında La Liqada 100 oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşüb.
Eyni zamanda Reşford bu mövsüm “Barselona”da 42 oyunda 25 qol+assist göstəricisinə çataraq komandanın hücum xəttində əsas fiqurlardan birinə çevrilib.
© Copyright 2026, All Rights Reserved