“Barselona” çətin vəziyyətdə: De Yonq 6 həftə olmayacaq
“Barselona” klubu əsas yarımmüdafiəçi və kapitan Frenki de Yonqun sağ ayağının distal bisepsində ciddi zədələndiyini təsdiqləyib. Futbolçu 5–6 həftə müddətinə meydanlardan uzaq qalacaq.
90plus.az xəbər verir ki, klub rəsmi açıqlamasında hollandiyalı oyunçunun zədəni səhər məşqi zamanı aldığını bildirib. Tibbi testlər göstərib ki, bərpa prosesi 5–6 həftə davam edəcək.
Bu, Hansi Flikin komandası üçün ciddi itki hesab olunur. Yalnız yaxın günlərdə Pedri tam forma qayıtmışdı və komandaya istənilən yarımmüdafiə cütlüyü formalaşdırmaq imkanı yaranmışdı.
De Yonqun olmaması “Barselona”nı mövsümün kritik mərhələsində nəzarət, ötürmə diapazonu və liderlik baxımından zəiflədəcək.
© Copyright 2026, All Rights Reserved