"Barselona" danimarkalı müdafiəçisi ilə müqavilə uzadır
“Barselona” mövsümün sonunda müqaviləsi başa çatacaq Andreas Kristensenlə bağlı qərar verib.
90plus.az xəbər verir ki, Kataloniya klubu danimarkalı müdafiəçini komandada saxlamaq niyyətindədir. Rəhbərlik futbolçuya 2 illik yeni müqavilə təklif edib. Lakin yeni sözləşmədə 29 yaşlı mərkəz müdafiəçisinin hazırkı maaşının ikiqat azaldılması nəzərdə tutulur.
Bildirilir ki, Kristensen bu təklifi qəbul edəcəyi təqdirdə, komandanın heyətində qalacaq.
Qeyd: Futbolçu 2022-ci ilin yayında “Çelsi”dən ayrıldıqdan sonra azad agent kimi “Barselona”ya transfer olunub. Danimarka millisinin üzvü cari mövsüm Kataloniya təmsilçisinin heyətində keçirdiyi 17 rəsmi oyunda 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved