"Barselona" Erlinq Haalanda "tamah saldı"

"Barselona" Erlinq Haalandı transfer etmək istəyir.
90plus.az xəbər verir ki, "Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haaland karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
"Barselona" norveçli forvardı transfer etmək niyyətindədir və bu məqsədlə gələn ilin yayında rəsmi addım atmağı planlaşdırır. "Siti" rəhbərliyi isə 25 yaşlı oyunçu üçün 100 milyon avro qiymət qoyub.
Qeyd: Haaland 2022-ci ilin yayında Dortmund "Borussiya"sından "Mançester Siti"yə keçib. Norveç millisinin üzvü bu mövsüm Premyer Liqada 8 oyuna çıxaraq 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved