“Barselona” evdə rahat qələbə qazandı, liderliyini qorudu
La Liqanın 23-cü turunda “Barselona” doğma meydanda “Malyorka”nı qəbul edib. “Nou Kamp” stadionunda keçirilən qarşılaşma Kataloniya təmsilçisinin tam üstünlüyü ilə başa çatıb.
90plus.az xəbər verir ki, kataloniyalılar 3-0-lıq qələbə ilə “Real Madrid”lə xal fərqini 4-ə yüksəltdi
Barselona 3 - 0 Malyorka
R. Levandovski 29’
L. Yamal 61’
M. Bernal 83’
MATÇDA VURULAN QOLLARA BU CÜMLƏYƏ KLİK EDƏRƏK KEÇİD EDİN
Bu qələbə ilə “Barselona” La Liqada ardıcıl üçüncü qalibiyyətini qazanıb və xalını 58-ə yüksəldib. “Malyorka” isə 24 xalla turnir cədvəlində mövqeyini qoruyub.
LAMİN YAMAL tarix yazdı. Ardıcıl 5-ci oyunda qol vuran gənc ulduz Top-5 liqalarda 19 yaşına qədər 24 qol vuran ən gənc futbolçu oldu.
19 yaşından əvvəl liqa qolları (XXI əsr):
24 qol - Lamin Yamal; 23 qol - Kilian Mbappe.
Robert Levandovski isə Avropanın Top-5 liqasında 35+ yaşlı futbolçular arasında ən çox qol vuran oyunçudur.
37 yaş – amma sürət hələ də yerində...
© Copyright 2026, All Rights Reserved