"Barselona" futbolçusu ilə müqavilə imzaladı
İspaniyanın “Barselona” klubunda yeni müqavilə rəsmiləşdirilib.
90plus.az xəbər verir ki, La Liqa təmsilçisi Xuan Ernandeslə olan müqavilənin müddətini artırıb. Bu barədə məlumat klubun rəsmi internet səhifəsində yer alıb.
İspaniya U-19 yığmasının üzvü ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq yeni sözləşmə imzalanıb.
Qeyd: Xuan Ernandes 2020-ci ilin yayında “Barselona” akademiyasına cəlb olunub. 18 yaşlı hücum yönümlü yarımmüdafiəçi hazırda Kataloniya klubunun B komandasında çıxış edir.
© Copyright 2026, All Rights Reserved